Hazırda davam edən Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşması gözlənildiyi kimi, gərgin keçir. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri qonaq komandanın müdafiəçisi Mahir Şükürovu təhqir etməkdən əl çəkmirlər.
Oyun başlayan andan onun ünvanına xoşagəlməz ifadələr işlədən yerli fanatlar ilk yarı başa çatan kimi, Mahirə doğru hansısa əşya da atıblar. Şükürov isə adəti üzrə oxşar tərbiyəsizlik nümayiş etdirib. O da fanatlara orta barmağını göstərib.
Maraq üçün bildirək ki, ilk yarının sonlarından etibarən Lənkəran şəhər stadionundakı duman nisbətən azalmağa başlayıb. Əvəzində tribunaların boş qalan yerləri dolmaqdadı. Demək olar ki, arenada anşlaq müşahidə olunur.
CAVAD, LƏNKƏRAN





