Futbol üzrə Almaniyanın 2-ci Bundesliqasında qış fasiləsi başa çatıb. Futbolinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Toğrul Eratın çıxış etdiyi "Fortuna" səfərdə "1860 Münhen"lə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Dusseldorf təmsilçisinin baş məşqçisi Toğrula start heyətində şans verib. Millimizin üzvü 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Fortuna" 20 turdan sonra 26 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.





