39 yaşında olmasına baxmayaraq, karyerasını hələ də davam etdirən italyan futbolçu Alessandro del Pyero məşqçiliyə başlaya bilər. Amma futbolçu kimi çıxışını bitirmədən.
Futbolinfo.az xəbər verir ki, Avstraliyanın "Sidney" klubunda top qovan maestro komandasının oyunçu-məşqçisi olmağa hazırlaşır.
Mövsümün sonunda Del Pyeronun klubla müqavilə müddəti başa çatacaq. Artıq rəhbərlik 39 yaşlı futbolçuya yeni sözləşmə təklif edib. Del Pyero bu təklifi qəbul edəcəyi təqdirdə komandasının oyunçu-məşqçisi olacaq.
Qeyd edək ki, Alessandro 2012-ci ildən "Sidney"in formasını geyinir.





