İtaliyanın "Yuventus" klubunun rəhbərliyi komandnın aparıcı üzvü Pol Poqba ilə sözləşməni yeniləmək üçün danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, fransız futbolçunun meneceri Mino Rayola danışıqlar üçün Turinə yollanıb.
“Qoca sinyora” ilə 2016-cı ilin yayına qədər müqaviləsi olan 20 yaşlı futbolçunun sözləşməsi daha 2 il uzadılacaq. Poqba özü də bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, qış fasiləsində PSJ Pol üçün 40 milyon avroluq rəsmi təklif göndərsə də, “Yuve” onu satmamışdı.





