Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunun ölkə çempionatının 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Rəvan” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
“Qəbələ” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
“Simurq” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Bakı”nın futbolçusu Tural Qürbətov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Shares: