"Qalatasaray"ın ulduz futbolçusu Uesli Sneyder Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə qarşılaşma barədə iddialı danışıb. Futbolinfo.az xəbər verir ki, holland yarımmüdafiəçi Joze Mourinyonu çox sevsə də, bu dəfə onun komandasını mübarizədən kənarlaşdıracaqlarını söyləyib:
"Ötən mövsüm Mourinyo "Real"la bizə qalib gəlmişdi. Ancaq o vaxtdan indiyə kimi çox şey dəyişib. Bu dəfə Mourinyonun şansı əvvəlkindən azdı".
Qeyd edək ki, "Qalatasaray" – "Çelsi" matçı fevralın 26-da keçiriləcək.





