Fransanın PSJ klubu "Çelsi"nin futbolçusu Eden Hazardı transfer etməkdə israrlıdı. Futbolinfo.az xəbər verir ki, Liqa-1 nəhəngi belçikalı yarımmüdafiəçinin keçidi üçün istənilən məbləği təklif etməyə hazırdı.
Lakin Hazard PSJ-yə transfer olunmaq haqda düşünmədiyini açıqlayıb: "Əlbəttə, adımın PSJ ilə hallanması xoşdu. Ancaq mən klubumu dəyişmək niyyətində deyiləm. Əsas hədəfim "Çelsi"nin ən yaxşısı olmaqdır".
Qeyd edək ki, Hazard 2012-ci ildə "Lill" klubundan "Çelsi"yə transfer olunub.





