Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski 2013-cü ilin yekunlarına əsasən Polşanın ən yaxşı futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, yayda “Bavariya”ya keçəcək 25 yaşlı forvard fəxri mükafatı ardıcıl 3-cü ildi ki qazanır.
Ötən il o, Almaniya çempionatında 24 qol vurub. Bundan başqa, o, Çempionlar Liqasında meydana çıxdığı 13 görüşdə 10 dəfə fərqlənməyi bacarıb. Aprel ayında Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”ın qapısından 4 top keçirən Levandovski turnirin bu mərhələsində pokerə imza atan ilk futbolçu olmuşdu.





