Məşhur braziliyalı hücumçu Adriano karyerasını bərpa edib. Futbolinfo.az xəbər verir ki, vaxtilə "İnter", "Roma", "Korintians" və "Flamenqo"da oynamış 31 yaşlı forvard "Atletiko Paranaense" ilə müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Adriano ötən ilin dekabrından bu komandayla məşq edirdi. Onun artıq çəkisini atdığı bildirilir. Məşqçilər heyəti “sambaçı”nın formasından razıdı və buna görə də onunla müqavilə imzalanıb. Adrianonun aylıq maaşı 30 min avro təşkil edəcək.
Qeyd edək ki, hücumçu spirtli içki asılılığına görə, karyerasını məhv etmişdi.





