"Qalatasaray" Didye Droqba ilə müqavilə müddətini uzatmayacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.
 
"Milliyət" qəzeti iddia edir ki, rəhbərlik qış "transferi pəncərəsi"ndə təcrübəli forvarda sözləşməni yeniləmək barədə heç bir təklif göndərməyib. Bu isə onu göstərir ki, klub futbolçunu komandada görmək istəmir.
 
Məlumatda həmçinin qeyd olunur ki, mövsümün sonunda Droqba ilə yolları ayırmağı planlaşdıran "Cim-Bom" əvəzində başqa bir ulduz oyunçunu transfet etməyi düşünür.
Shares: