Məlum olduğu kimi, gələn mövsümdən klublar heyətdə ən azı iki 21 yaşadək futbolçu oynatmalıdı. Amma bəzi elita təmsilçiləri bununla razılaşmır. Məhz bu üzdən bu gün AFFA klubların çalışdırıcılarını yığaraq onların fikrini öyrənmək istəyib.
 
Futbolinfo.az saytına açıqlama verən AZAL-ın baş məşqçisi Vaqif Sadıqov bu qərara qarşı olduğunu bildirdi:
 
"Qərar qəbul olundu ki, İcraiyyə Komitəsinin iclasından 1-2 həftə öncə yenidən bir araya gələk. Baş məşqçilərin arasında nümayəndə heyəti yaradılıb ki, İcraiyyə Komitəsinin iclasında toplantımız haqqında hesabat verilsin. Məsləhət olundu ki, nümayəndə heyətinə Qurban Qurbanovla Mustafa Dənizli rəhbərlik etsin. Biri gənc, digəri isə təcrübəli mütəxəssis olduğu üçün. Onlar İK-in iclasında çıxış etməklə, bizim fikirlərimizi çatdırmağa çalışacaqlar. Bundan sonra da İK öz iclasında bu qərarlara baxacaq. Ayrı-ayrı fikirlər səsləndi. Demək olmaz ki, hansısa fikirin üstündə dayandıq. Bu qərarın məqsədi ondan ibarətdi ki, 2020-ci ildə güclü çempionat və milli komanda yaradılsın. Ancaq düşünürəm ki, gənc futbolçulara suni şərait yaratmamalıyıq. Futbolçular arasında rəqabət olmalıdı. Zorla futbolçunu futbolçu etmək düzgün deyil. Gənc futbolçularda istək olmalıdı ki, öz gücünü göstərib, əsas heyətdə yer alsın. Təklifim ondan ibarət idi ki, bu məsələyə yenidən baxılsın və qərar ləğv olunsun".
Shares: