Almaniyanın “Borrusiya” (Dortmund) komandasının yarımmüdafiəçisi Marko Roys hazırkı komandasında xoşbəxtdi. Futbolinfo.az saytının verdiyi məlumata görə, 24 yaşlı alman hələ ki, komandasını dəyişmək fikrində deyil:
“Mən burada çox xoşbəxtəm və belə klubda oynadığıma görə qürur duyuram. Müqavilə müddətim 2017-ci ildə bitir və hələ ki, başqa kluba getmək haqqında danışmağa dəyməz”.
Qeyd edək ki, Marko Roys 1989-cu ildə Almaniyada anadan olub. O, “Borussiya”da 63 oyuna 28 qol vurub. Almaniya millisində isə 17 oyun keçirib və 7 dəfə fərqlənib. Hazırda onun transfer məbləği 34 million avrodu.





