Almaniyanın "Kayzerslautern" klubunun ikinci komandası yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, sözügedən komanda "Karlsrue"nin əvəzedici heyəti ilə qarşılaşıb.
 
Qarşılaşma 7:1 hesabıyla "Kayzerslautern" klubunun xeyrinə başa çatıb.
 
Qeyd edək ki, bu qarşılaşmada Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov da iştirak edib. 90 dəqiqə meydanda olan futbolçumuz dubla imza atıb.
Shares: