"Mançester Yunated"in təcrübəli stopperi Rio Ferdinand komandanı tərk etməyəcək. Futbolinfo.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Devid Moyes jurnalistlərə açıqlamasında deyib.
O, İngiltərəlinin bu yay futbolçu karyerasını başa vuracağı ilə bağlı yayılan iddiaların əsassız olduğunu bildirib: “Bunu dəqiq söyləyə bilərəm ki, Ferdinand mövsümün sonunda futboldan getməyəcək. Onun haqqında yazılanlar şaiyədən ibarətdi".
Qeyd edək ki, Ferdinand 2002-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyur.





