"Fənərbaxça" daha bir futbolçusunun zədələnməsi ilə şoka düşüb. Futbolinfo.az xəbər verir ki, Əmrə Bələzoğlu, Kristian Baroni, Musa Sou və Pyer Vebo kimi futbolçuların zədələnməsi azmış kimi bu dəfə də “sarı-lacivərdlər”in ulduz yarımmüdafiəçisi Raul Meyreleş sıradan çıxıb.
 
Portuqaliyalı dünən baş tutan məşqdə zədələnib. Onun zədəsinin nə dərəcədə ciddi olması həkimlərin bugünkü müayinəsindən sonra bilinəcək.
Shares: