Futbol üzrə İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin son cavab oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, ötən gecə bir görüş baş tutub.
"Barselona" səfərdə "Real Sosyedad"la qarşılaşıb. İlk oyunda qələbə qazanan Kataloniya klubu səfərdə heç-heçəyə imza atsa da, finala çıxıb.
Qeyd edək ki, digər yarımfinal görüşündə də "Real" qalib gəlmişdi. Beləliklə, İspaniya Kral Kubokunun finalında azarkeşlər "El Klassiko" izləmək şansı qazanacaqlar.
İspaniya Kral Kuboku
Yarımfinal (cavab oyunları)
11 fevral
Atletiko – Real – 0:2 (ilk oyun – 0:3)
12 fevral
Real Sosyedad – Barselona – 1:1 (ilk oyun – 0:2)





