Məlum olduğu kimi, sabah Zaqatalada Premyer Liqanın 21-ci turu çərçivəsində “Simurq” – “İnter” qarşılaşması baş tutacaq. Futbolinfo.az xəbər verir ki, dünən axşam qatarla Zaqataya  yollanan “İnter” səhər tezdən matçın keçiriləcəyi ünvana çatıb.
 
Komanda “Qrata” otelində məskunlaşıb. Bu gün saat 15.00-da Kaxaber Sxadadzenin yetirmələri Zaqatala Olimpiya Kompleksində məşqə çıxacaqlar.
 
Qeyd edək ki, “Simurq” – “İnter” matçı fevralın 14-də baş tutacaq. Oyun saat 15.00-da başlayacaq.
Shares: