"Qəbələ" – "Qarabağ" (0:1) matçının ardından 2 gün istirahət edən "qırmızı-qaralar" fevralın 11-dən etibarən növbəti – 21-ci turun hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, doğma divarlar arasında "Xəzər Lənkəran"ı qəbul edəcək "Qəbələ" matça gündəlik bir məşqlə hazırlaşır.
Yuri Syominin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə komanda tam heyətlə qatılır. Heyətdə sarı və ya qırmızı kart cəzalısı yoxdu.
Xatırladaq ki, "Qəbələ" – "Xəzər Lənkəran" matçı fevralın 15-də saat 15:00-da baş tutacaq. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.





