"Qalatasaray" rəhbərliyi son günlər Avropa klublarının Semih Kayaya olan marağını nəzərə alaraq, onun transfer qiymətini yüksəldib. Futbolinfo.az xəbər verir ki, “Cim-Bom” ötən həftə İtaliya “Napoli”sindən təklif alan stopperi asanlıqla buraxmaq fikrində deyil.
 
“Sarı-qırmızılar” Türkiyə millisinin də formasını geyinən gənc müdafiəçinin satış qiymətini 13 milyon avro dəyərində müəyyənləşdiriblər. Bu məbləği ödəyən istənilən klub onu heyətinə qata bilər.
 
Qeyd edək ki, Semih 2009-cu ildən “Qalatasaray”da forma geyir.
Shares: