Dünən axşam İngiltərə Premyer Liqasında iki matç təxirə salınıb. Futbolinfo.az xəbər verir ki, “Mançester Siti” – “Sanderlend” və “Everton” – “Kristal Palas” oyunlarından gedir.
Oyunların təxirə salınmasının səbəbi əlverişsiz hava şəraiti olub.
Belə ki, şiddətli külk və yağmur Mançester və Liverpul şəhərlərində ictimai həyatı çətinləşdirdiyindən oyunlar baş tutmayıb. Sözügedən oyunların nə vaxt keçiriləcəyi yaxın günlərdə açıqlanacaq.





