"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini son günlər "Çelsi"nin çalışdırıcı Joze Mourinyo ilə apardıqları söz duellosuna son qoyub. Futbolinfo.az xəbər verir ki, çilili mütəxəssis daha Mouya cavab verməyəcəyini deyib:
 
“Mourinyoya indiyə kimi sadəcə bir dəfə cavab verdim. Çünki bunu etməsəydim, insanlar onun söylədiklərinin doğru olduğunu düşünəcəkdi. Ancaq daha mənim üçün önəmli olmayan məsələlər haqqında danışmayacam".
 
Qeyd edək ki, Mourinyo son açıqlamasında Pelleqrinin hesablama aparmaqda çətinlik çəkdiyini söyləmişdi.
Shares: