Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha bir qarşılaşma baş tutub.
 
B qrupunda "Elazığspor" öz meydanında "Tokatspor"la qarşılaşıb. Meydan sahibləri böyük hesabla qalib gəliblər. Lakin bu komandalardan heç biri növbəti mərhələyə adlaya bilməyiblər.
 
Beləliklə, Türkiyə Kubokunun yarımfinalına A qrupundan "Bursaspor"la "Əskişəhərspor", B qrupundan isə "Antalyaspor"la "Qalatasaray" yüksəlib.
 
Türkiyə Kuboku
12 fevral
 
A qrupu
 
Əskişəhərspor – Sivasspor – 1:0
 
Bursaspor – Akhisar BS – 3:0
 
1 Bursaspor 6 4 1 1 11 4 +7 13
2 Əskişəhərspor 6 3 1 2 6 7 –1 10
3 Akhisar BS 6 2 2 2 5 6 –1 8
4 Sivasspor 6 1 0 5 4 9 –5 3
B qrupu
 
Qalatasaray – Antalyaspor – 0:0
 
13 fevral
Elazığspor – Tokatspor – 4:1
 
1 Antalyaspor 6 3 3 0 12 4 +8 12
2 Qalatasaray 6 3 2 1 9 2 +7 11
3 Elazığspor 6 2 2 2 9 9 0 8
4 Tokatspor 6 0 1 5 4 19 –15 1
Shares: