Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Əli Gökdəmirin komandası “Elazığspor” Türkiyə Kubokunun qrup mərhələsinin son oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, onun komandası son turda “Tokatspor”la qarşılaşıb.
Əli Gökdəmirin komandası rəqibi 4:1 hesabı ilə məğlub edib. Nəticədə "Elazığspor" qrup üçüncüsü olub. Yəni qələbəyə rəğmən, komanda yarışda mübarizəni dayandırıb.
Gökdəmir meydana start heyətdə çıxıb. O, meydanda sonadək mübarizə aparıb.





