Sabah “Bakı” Azərbaycan Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu gün "zolaqlılar" oyunöncəsi son məşqini keçirib.
 
Saat 11:00-da başlayan hazırlığın əvvəlində futbolçular meydanboyu qaçaraq, dartınma hərəkətlərini icra edib. Ardından mərkəzə cəmlənən oyunçular qısa və uzaq məsafələrə sürətli qaçış tapşırığını reallaşdırıb. İkili ötürmə çalışmalarına da yer ayıran baş məşqçi Milinko Pantiç məşqin çox hissəsini “kvadrat” oynamağa həsr edib. Sonda yüngül qaçış və dartınma hərəkətlərini təkrarlayan futbolçular bununla da məşqi başa vurub.
 
Qeyd edək ki, profilaktik müalicə alan Elvin Əliyev hazırlıqda iştirak etməyib. Şəhriyar Əliyev isə 1 saatlıq yüngül qaçışla kifayətlənib.
Shares: