Topaz Premyer Liqasının 22-ci turunda baş tutacaq "Neftçi" – "İnter" qarşılaşması televiziya vasitəsilə canlı yayımlanmayacaq. Futbolinfo.az xəbər verir ki, turun mərkəzi oyununun canlı yayımlanması barədə "Neftçi" tərəfi məlumat verib.
 
Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bundan narahatlıqlarını dilə gətirib: "Bizə verilən məlumata görə, Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində fervalın 19-da keçiriləcək "Neftçi" – "İnter" oyunu birbaşa yayımlanmayacaq. Həmin turun mərkəzi oyunları məhz "Neftçi" – "İnter" və "Xəzər Lənkəran" – "Bakı" qarşılaşmalarıdı. Biz "Neftçi"nin ev oyununun yayımlanmamasına qəti şəkildə etiraz edirik. "Neftçi"nin bu mövsüm bütün oyunları canlı yayımlanıb. Hətta qarlı havada İsmət Qayıbov adına stdionda keçirilən oyun da. Ümid edirik ki, bizə verilən məlumat yalnış olacaq və "Neftçi" – "İnter" qarşılaşmasını televiziya ekranlarından birbaşa izləmək istəyənlərin arzusu gözündə qalmayacaq".
 
Shares: