Topaz Premyer Liqasının 21-ci turunda "Neftçi" paytaxt derbisində "Bakı" ilə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, heyətində ciddi itkilər olan komandanın baş məşqçisi Böyükağa Hacıyev start heyətində maraqlı dəyişikliklərə əl atıb.
 
Belə ki, baş məşqçi müdafiənin solunda Denis Silvaya, mərkəzdə İqor Mitrseki ilə Elvin Yunuszadəyə, sağda isə Məqsəd İsayevə şans verib.
 
Ən böyük gözlənilməzlik orta sahə ilə bağlıdı. Belə ki, Hacıyev cəzalı Erik Ramosun yerində dayaq yarımmüdafiəçisi kimi Ernest Nforu oynatmağa qərar verib.
Shares: