"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 21-ci turunun "Qəbələ" ilə səfər oyununda dəstəksiz qalacaq. Futbolinfo.az xəbər verir ki, cənub klubunun fanatları komandanın bu qarşılaşmasında futbolçulara dəstək olmaq istəməyiblər.
Bunun dəqiq səbəbi bilinmir. Çox güman ki, fanatlar bununla həbs olunan azarkeşlərə iş verilməsinə və son turun "Neftçi" ilə ev oyununun canlı yayımlanmamasına etiraz ediblər.
Ən maraqlı məqamlardan biri də ondadı ki, "Xəzər Lənkəran"ın hətta rəsmi fan-klubunun üzvləri də bu görüşə getməyib. 
Shares: