"Bavariya"nın futbolçusu Aryen Robben PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, hollandiyalı Münhen klubundan ayrılmaq niyyətində olmadığını açıqlayıb: 
 
"Təbii ki, böyük klubların səninlə maraqlanması hər zaman xoşdu. Lakin hər kəs bilir ki, mən "Bavariya"da özümü çox xoşbəxt hiss edirəm və komandadan ayrılmaq niyyətim yoxdu. Hazırda bütün diqqətimi komandamın uğurlarına yönəltmişəm".
 
Qeyd edək ki, 29 yaşlı futbolçunun "Bavariya" ilə 2015-ci ilə qədər müqaviləsi var.
Shares: