"Milan"ın vitse-prezidenti Adriano Qalliani Mario Balotellinin komandanı tərk edəcəyi haqda yayılan şaiyələrə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, italyan idarəçi forvardın satılmayacağını qeyd edib:
"Bizim Mario ilə heç bir problemimiz yoxdur. Balotelli "Milan"ın ulduzudu və o satılmır! Alleqri ilə bağlı söhbətlər də artıq məni yorur. Bugünkü gündə o, bizim baş məşqçimizdir. Alleqrinin işinə mövsümün sonunda qiymət verəcəyik".
Məlumatınız olsun ki, Balotelli bu ilin əvvəlində “Mançester Siti”dən 20 milyon avroya alınmışdı.





