Bu gün Topaz Premyer Liqasının 12-ci turuna start verilib. Futbolinfo.az xəbər verir ki, hazırda davam edən turun açılış matçında “Bakı” doğma divarlar arasında “Simurq”u qəbul edir.
 
Bu görüşün ilk yarısında maraqlı hadisə baş verib. Belə ki, zədə səbəbindən komandasının son oyunlarını buraxan, bu görüşü də kənardan izləyən yığmamızın qapıçısı Kamran Ağayev birinci hissənin gedişi zamanı meydanın qonaqlara aid hissəsində aut xəttinə qədər yaxınlaşıb. Reklam lövhəsinin yanından komanda yoldaşlarına göstəriş verən Kamrana nə AFFA nümayəndəsi, nə də hakimlər müdaxilə ediblər.
Shares: