Futbol üzrə Braziliya yığmasının baş məşqçisi Luiş Felipe Skolari Honduras və Çili ilə yoldaşlıq oyunları üçün heyəti elan edib. Futbolinfo.az xəbər verir ki, iki illik fasilədən sonra Robinyonun yenidən milliyə çağırılması diqqət çəkib.
Futbolçu Fredin yerinə milliyə dəvət alıb. O, Neymar ("Barselona"), Bernard ("Şaxtyor") və Halk ("Zenit") kimi oyunçularla forma mübarizəsi aparacaq.
Qeyd edək ki, “Çelsi”dən Villian və PSJ-dən Markinyos isə heyətdə ilk dəfə yer alıb.





