21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Toğrul Erat Almaniyada növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü “Fortuna”nın ikinci komandasında “Uerdingen”lə görüşün iştirakçısı olub.
 
Oyun 3:1 hesabıyla Eratın komandasının xeyrinə başa çatıb. Millimizin forvardı da bu görüşdə fərqlənə bilib. Komandasının ikinci qolunu 46-cı dəqiqədə məhz Toğrul vurub.
Shares: