“Bavariya”nın yarımmüdafiəçisi David Alaba Avstriyada ilin ən yaxşı idmançısı adına layiq görülüb. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı xavbek “Köln”ün sabiq hücumçusu Toni Polsterdən sonra bu mükafatı alan ilk futbolçu olub.
Alaba sorğuya əsasən, xizəkçi Marsel Hirşer və tranplindən tullanmaq üzrə tanınmış idmançı olan Qreqor Şlinrensaueri qabaqlayıb.
Xatırladaq ki, səsvərmədə avstriyalı jurnalistlər iştirak ediblər.





