"Milan"ın sabiq futbolçusu Cennaro Qattuzo komandası ilə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, italiyalı "rossonyerlər"in son illərdəki mənfi çıxışını oyunçuların məsuliyyətsizliyində görüb:
 
“Alleqrinin kreslosu laxlayırsa, "Milan" onu tarazlıq vəziyyətinə gətirmək üçün hər şeyi edəcək. Doğrudur, Kaka 2007-ci ildə olduğumu kimi oynamır, amma klub yoldaşları üçün yaxşı nümunə ola bilər. Hazırda komandaya dəyişiliklər lazımdır, lakin əvəzində hər kəs sırğa və saç düzümləri haqda danışır, işlər isə pis gedir. Balotelliyə gəlincə, bu oğlana göz-qulaq olmaq lazımdır. O, twitter hesabında çoxlu mənasız şeylər yazır, bunu anlaya bilmirəm. Söhbət təkcə ondan getmir, bütün indiki nəsildən gedir”.
Shares: