Türkiyənin "Qalatasaray" klubunun uruqvaylı qapıçısı Fernando Muslera zədələndikdən sonra qapını kimin qoruyacağı böyük maraqla gözlənilirdi. Futbolinfo.az xəbər verir ki, Musleranı gənc qapıçı Eray İşcan əvəz edəcək.
Xatırladaq ki, Erayın cəmi 22 yaşı var və onun aylıq maaşı 2500 türk lirəsidi.
Gənc qapıçı "Qalatasaray"da karyerası boyunca cəmi 104 dəqiqə meydanda olub.
160 milyon avroluq komandanın ən aşağı maaliyyətli futbolçusu olan Erayın necə oyun göstərəcəyi böyük maraqla gözlənilir.
Qeyd edək ki, gənc qapıçının tək əksikliyi təcrübəsiz olmasıdı.





