Avropada Silvio Berluskonidən sonra daha bir klub prezidenti vergidən yayındığına görə məhkəmə qarşısına çıxacaq. Futbolinfo.az xəbər verir ki, söhbət "Bavariya"nın prezidenti Uli Höynessdən gedir.
İdarəçi 2014-cü il martın 10-da mühakimə olunacaq.
Qeyd edək ki, onun İsveçrədəki gizli bank hesabı olduğu, ora qanunsuz olaraq 20 milyon avro pul qoyulduğu üzə çıxıb. Klub prezidentinin təxminən 3,2 milyon avro vergidən yayındığı bildirilir.





