İspaniya millisinin noyabrda keçirəcəyi yoxlama oyunundakı rəqibləri bəlli olub. Futbolinfo.az xəbər verir ki, bu ölkə mətbuatının xəbərinə görə, rəqiblərin heç biri Avropa təmsilçiləri deyil.
 
Visente Del Boskenin yetirmələri noyabrın 16-da Ekvatorial Qvineya ilə qarşılaşacaq. Ayın 19-da isə “buğalar”ın rəqibi CAR olacaq.  İspaniya yığması hər iki oyununu səfərdə keçirəcək. Bunda məqsəd həm də yığmanın əlavə gəlirlər əldə etməsidi.
 
Xatırladaq ki, qarşıdakı oyunlar üçün İspaniyanın heyəti sabah açıqlanacaq.
Shares: