“Qəbələ”nin gənc futbolçusu Amit Quluzadənin futbolinfo.az saytına müsahibəsi
 
– "Xəzər Lənkəran"la oyuna hazırlıq necə gedir? Komandada vəziyyət necədi?
– Pis deyil. Məşqlərimiz davam edir. “Qarabağ”la oyundakı məğlubiyyəti unudub, qarşıdan gələn “Xəzər Lənkəran”la oyuna köklənmişik.
 
– Sizin komandadakı işləriniz necə gedir?
– Bu gün məni meydana buraxırlarsa, deməli, komandada oynamağa layiqəm. Nə dərəcədə razı olub, olmadıqları ilə bağlı nəsə deyə bilmərəm. Çünki buna cavabı mən yox, məqşçilərim verə bilər.
 
– Yuri Syominlə çalışmaq necədi? Onu digər məqşçilərdən necə fərqləndirərdiz?
– Çox şeylə fərqləndirmək olar. Sadəcə, bunu deyə bilərəm ki, Syomin çox yaxşı məqşçidi. Onunla işləmək çox yaxşı və rahatdı.
 
– “Qəbələ”nin məğlub olduğu oyunlara necə şərh verərsiz? Səbəbi nədə görürsüz?
– Nə deyə bilərəm. Futboldu, biri udar, biri uduzar.
 
– Komandanızın daha uğurlu çıxış edə bilməməsində hakimliyin nə dərəcədə rolu var?
– Hakimlərlə bağlı danışmaq istəməzdim. Biz futbolçuyuq, işimiz futbol oynamaqdı. Hakimlərə nəzarət edən komitə var.
 
– Komandanın çempionatdakı şanslarını necə dəyərləndirirsiz?
– Hazırda hər şey yaxşıdı. Ancaq çalışacağıq ki, bundan da yaxşı nəticələr qazanaq ki, komanda layiq olduğu yüksək pillələrdə olsun.
 
– Qarşıdan U-21-in oyunları gəlir. Amma siz heyətdə yer almamısız. Bunun səbəbi nədi?
– Səbəbini özüm də bilmirəm. Yəqin, baş məşqçi belə məsləhət bilib.
 
– Ola bilər ki, sonuncu dəfə forma geydiyiniz İsraillə oyunda baş məşqçi Bernard Lippert çıxışınızdan razı qalmayıb deyə, bu dəfə çağırmayıb?
– Bəlkə də. Ola bilər. Hazırda formadayam. Komandama da kömək etməyə hazıram. Ancaq bundan da yaxşı formada ola bilərəm.
 
– Qarşıda U-21 ilə yanaşı , həm də əsas millimizin iki yoxlama oyunu var. Həmin oyunlarda komandalarımızdan hansı nəticəni gözləyirsiz?
– Hər iki komandamıza uğurlar arzu edirəm. Çox istərdim, oyunları qələbə ilə başa vuraq. İnşallah ən xeyirli nədisə, o da olar.
 
RÖYA KƏRİMLİ
Shares: