Ölkə futbolu
Bir debüt, iki yubiley
Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun “Zirə” ilə səfər oyunu “Sabah”ın yeni transferi Dmitro Klots üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçın 68-ci dəqiqəsində Mario Marinanın yerinə meydana daxil olan ukraynalı yarımmüdafiəçi, “Sabah”da debüt edib.
2:2 hesablı bərabərliklə nəticələnən qarşılaşma Amadu Diallo və Coşqun Diniyev üçün də əlamətdar olub. Belə ki, Coşqun “Sabah”ın heyətində Premyer Liqada 40-cı, qvineyalı legioner isə 30-cu oyununu keçirib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib