Dünya futbolu
Premyer Liqada antirekord
Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunda “Kristal Pelas”la qarşılaşan “Şeffild Yunayted” səfərdə 2 cavabsız qolla məğlub olub.
Futbolinfo.az xəbər verir ki, bununla da sözügedən komandanın qələbəsiz oyunlar seriyası 17-yə çatıb.
Məsələ burasındadır ki, “Şeffild Yunayted” cari mövsümdə keçirdiyi 17 oyundan yalnız ikisində heç-heçə edib və qalanlarında məğlubiyyətlə üzləşib. Bu isə İngiltərə Premyer Liqasında yeni antirekorddur.
Premyer Liqada əvvəlki antirekord “Kuinz Park Reyncers”ə məxsus idi. Sözügedən komanda 2012/13 mövsümündə ardıcıl 16 oyunda qələbəyə həsrət qalmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”