"Bavariya"nın istedadlı futbolçusu Bastian Şvaynştayger əməliyyat olunacaq. Bu barədə yarımmüdafiəçi özü açıqlama verib. 29 yaşlı oyunçu bildirilib ki, sağ ayağında problemlər var.
 
Futbolinfo.az xəbər verir ki, məhz buna görə də o, yaxın vaxtlarda bıçaq altına yatacaq.
 
Qeyd edək ki, Şvaynştayger ötən mövsümün sonunda eyni zədə səbəbindən əməliyyat olunmuş və bir müddət forma geyə bilməmişdi. Onun əməliyyatdan sonra hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı hələlik məlum deyil.
Shares: