Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək AZAL – "Qarabağ" və "Neftçi" – "Bakı" oyunlarını izləyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, məşqçi Aslan Kərimov da "İnter" – "Simurq" qarşılaşmasını izləyəcək.





