Xəbər verdiyimiz kimi, bu gün Topaz Premyr Liqasında sentyabr və oktyabr aylarının ən yaxşıları mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının və "Topaz"ın birgə layihəsinə əsasən KİV nümayəndələri arasında keçirilən sorğuda sentyabr və oktyabr aylarında Topaz Premyer Liqasının ən yaxşı futbolçuları müəyyən olunub.
 
“Bakı” klubunun futbolçusu Əfran İsmayılov sentyabr ayının, “Qarabağ” klubunun braziliyalı hücumçusu Reynaldo isə oktyabr ayının ən yaxşı futbolçusu seçilib.
 
Peşəkar Futbol Liqasının rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən “Bakı”nın futbolçusu Əfran İsmayılovun 5-ci turda “Neftçi”nin qapısına vurduğu qol sentyabr ayının ən gözəl qolu seçilib. Onun komanda yoldaşı Rauf Əliyevin 10-cu turda AZAL-ın qapısına vurduğu qol isə oktyabr ayının ən gözəl qolu seçilib. (PFL)
Shares: