“Hazırda dünya çempionatının final mərhələsində 32 milli komanda iştirak edir. Əgər biz bu turnirin səviyyəsini qorumaq istəyiriksə, onda iştirakçıların sayını artırmamalıyıq. Bu addım turnirin dəyərini artırmayacaq. 40 komanda? Bəs nəyə görə, 48, 64, və ya 128 deyil? Yox, bu düzgün deyil. Hesab edirəm ki, biz keyfiyyət haqqında düşünməliyik. Əgər turnir barədə dəyişiklik etsək, qitələr üzrə iştirakçıların sayını nəzərdən keçirə bilərik. Bu məsələ ilə də ancaq Braziliyada keçiriləcək dünya çempionatından sonra məşğul ola bilərik”.
 
Futbolinfo.az xəbər verir ki, bu sözləri FİFA prezidenti Yozef Blatter UEFA prezidenti Mişel Platiniyə cavab olaraq deyib.
 
Qeyd edək ki, bir müddət öncə Platini Dünya Çempionatında iştirakçıların sayının artırılmasına tərəfdar olduğunu açıqlamışdı.
Shares: