"Bakı"nın sabiq futbolçusu Denis İvanov Azərbaycana qayıdıb. Futbolinfo.az xəbər verir ki, o, bu gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Rəvan" – "Sumqayıt" qarşılaşmasını canlı izləyib.
Görüşdən sonra ondan Bakıya gəlişinin səbəbini öyrənməyə çalışdıq. İvanov saytımıza açıqlamasında yalnız bunları söylədi: "Zədəm olduğu üçün "Bakı"dan gedəndən bəri oynamıram. Bura isə sadəcə keçmiş komandamdakı dostlarımı ziyarət eytməyə gəlmişəm".
Düzdü, İvanov etiraf etməsə də, istisna deyil ki, bu futbolçu hansısa başqa klublarımızdan biri ilə danışıqlar aparmaq üçün Azərbaycana gəlib.





