“Barselona”nın idman direktoru Andoni Subisaretta "Real"ın ulduz futbolçusu Kriştianu Ronaldo ilə Lionel Messini müqayisə edib. Futbolinfo.az xəbər verir ki, o, açıqlamasında portuqal qolçuya zəif olduğunu atmaca vasitəsi ilə çatdırıb:
 
“Messi dünyanın ən yaxşı futbolçusudu. “Milan”a qarşı keçirilən görüşdə o hər kəsi heyran etdi. Messi və Ronaldonu müqayisə etməyə dəyməz. Hətta Kristian Tello da Ronaldodan güclüdü”.
Shares: