Türkiyənin "Qalatasaray" klubunun prezidenti Ünal Aysal bu gün baş tutacaq "Fənərbaxça" ilə derbi oyunu öncəsi komandasının oyunçularını ziyarət edib. Futbolinfo.az xəbər verir ki, "sarı-qırmızılar"ın prezidenti vacib qarşılaşma ərəfəsində futbolçulara dəstək nümayiş etdirməklə yanaşı, maraqlı açıqlama da verib:
"Ayaqla yox, ürəklə oynanılacaq deribiyə çıxırsız. Sizin hamınızda bu ürəyi görürəm. "Qalatasaray" azarkeşləri sizə sonunadək inanır".
Xatırladaq ki, dünyanın 10 böyük derbisindən biri olan "Fənərbaxça" – "Qalatasaray" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.





