Topaz Premyer Liqasının 13-cü turunun "Xəzər Lənkəran" – "Qəbələ" matçında ilk yarı artıq arxada qalıb. Futbolinfo.az xəbər verir ki, yağışlı hava şəraitində keçirilən matçın birinci hissəsi daha çox cənubluların üstünlüyü ilə müşaiyət olunub.
"Qəbələ"nin oyunu isə hələlik uğurlu alınmır. Bu azmış kimi, matçın 36-cı dəqiqəsində qonaqların 18 nömrəli futbolçusu İbrahima Niasse zədələnib və əvəzlənmək məcburiyyətində qalıb. Baş məşqçi Yuri Syomin legioner futbolçunu Deyan Kelharla dəyişib.
Qeyd edək ki, ilk 45 dəqiqədə tərəflər qapıya yol tapa bilməyiblər.





