Futbol üzrə Türkiyə Super Liqasında 11-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, liderlər bu turu da xal itirmədən tamamlayıblar.
 
Bu tur dünyanın ən maraqlı 10 derbisi sırasına daxil olan “Fənərbaxça” – “Qalatasaray” matçı ilə yadda qalıb. Qarşılaşmadan meydan sahibləri iki cavabsız qolla qalib ayrılıblar. Bu qələbədən sonra xalını 28-ə çatdıran “Fənərbaxça” əzəli rəqibindən 9 xal aralanmağa nail olub.
 
Mövsümə uğurlu başlayan “Kasımpaşa” isə “Qaziantepspor”u məğlub edib. Cədvəlin üçüncü pilləsində yer alan “Sivasspor” da “Bursaspor”u qəbul edib. Bu oyunda meydan sahibləri sevinən tərəf olub.
 
Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
 
Türkiyə Super Liqası
11-ci tur
8 noyabr
 
Elazığspor – Ərciyyəspor – 0:1
Qollar: Fleminks, 60.
 
Əskişəhərspor – Akhisar BS – 2:0
Qollar: Gucer, 55, N. Ateş, 64.
 
9 noyabr
 
Kasımpaşa – Qaziantepspor – 3:0
Qollar: Skaryon, 13, Kastro, 16, Eker, 22.
 
Kayserispor – Beşiktaş – 0:3
Qollar: O.Şahan, 21, Motta, 82, Eneramo, 90.
 
Sivasspor – Bursaspor – 2:1
Qollar: Eser, 59, Şaheşuhe, 81 – Tayvo, 78.
 
Karabükspor – Rizəspor – 2:1
Qollar: Parlak, 40, Mabyala, 64 – Köşe, 68.
 
10 noyabr
 
Konyaspor – Antalyaspor – 2:0
Qollar: Kabze, 19, Galma, 46.
 
Gənclərbirliyi – Trabzonspor – 3:2
Qollar: Stanku, 45, Çalık, 67, Durmaz, 80 – Enrike, 1, Kolman, 34
 
Fənərbaxça – Qalatasaray 2:0
Qollar: E.Belözoğlu, 23-pen, Kristian, 66.
 
1 Fənərbaxça 11 9 1 1 26 11 +15 28
2 Kasımpaşa 11 8 0 3 25 13 +12 24
3 Sivasspor 11 7 1 3 22 13 +9 22
4 Beşiktaş 11 6 3 2 18 10 +8 21
5 Əskişəhərspor 11 6 1 4 16 9 +7 19
6 Qalatasaray 11 5 4 2 17 12 +5 19
7 Trabzonspor 11 5 2 4 14 12 +2 17
8 Akhisar BS 11 4 3 4 13 12 +1 15
9 Rizəspor 11 4 3 4 15 15 0 15
10 Antalyaspor 11 3 5 3 11 11 0 14
11 Bursaspor 11 4 2 5 11 14 –3 14
12 Genclerbirligi 11 4 1 6 12 13 –1 13
13 Karabukspor 11 3 4 4 9 11 –2 13
14 Konyaspor 11 4 1 6 12 16 –4 13
15 Erciyesspor 11 2 3 6 7 15 –8 9
16 Qaziantepspor 11 2 2 7 11 24 –13 8
17 Elazığspor 11 2 1 8 11 27 –16 7
18 Kayserispor 11 1 3 7 9 21 –12 6
Shares: