Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover “in ikinci komandası 15-ci tur çərçivəsində “Kloppenburg”u qəbul edib.
 
Qarşılaşma “Hannover”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb. O, 90 dəqiqə mübarizə aparmaq şansı qazanıb. Gökdəmir hətta 78-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olub.
 
Qeyd edək ki, Gökdəmirin komandası hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Shares: